• $
  • €
  • ₽
  • ₺
  • £

İstifadəyə yararsız 500 kq pomidor məhv edildi

İstifadəyə yararsız 500 kq pomidor məhv edildi
14.07.2016 21:46
Son dövrlərdə Azərbaycanda istehsal olunan, eyni zamanda ölkədə idxal olunan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət daha da gücləndirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən bu günlərdə Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğluna məxsus istixanada yetişdirilən məhsullar üzərində kimyəvi-toksikoloji müayinələr həyata keçirilib.

Müayinələr zamanı pomidor bitkisinin tərkibində İnsektisid qrubundan olan Supermetrin adlı maddənin qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan cox olduğu aşkar olunub.

Buna görə də ümumi cəkisi 500 kq olan pomidor bitkisinin istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb və məhsul 14 iyul 2016-cı il tarixdə "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

Fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkicilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimə olunub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol