• $
  • €
  • ₽
  • ₺
  • £

​Azərbaycanda quş ətinin istehsalı aşağı düşüb

​Azərbaycanda quş ətinin istehsalı aşağı düşüb
15.07.2016 23:16
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanın quşçuluq müəssisələrində quş əti istehsalı 16 faiz aşağı düşüb".

Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib. 

Onun sözlərinə görə, bu ilin altı ayı ərzində quşçuluq müəssisələrində 22 min 826 ton quş əti istehsal olunub: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz azdır. Yumurta istehsalında artım müşahidə olunub. Belə ki, bu ilin altı ayında 342 milyon 875 min yumurta istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artıqdır".

A.Vəliyev deyib ki, avqustun 1-dən quşçuluq müəssisələrinin xaricdən gətirdiyi bəzi məhsullardan əlavə dəyər vergisinin (ƏDV) götürülməsi gözlənilir: "Quşçuluq müəssisələri istehsalda lazım olan bütün xammal və avadanlıqları xaricdən gətirir. ƏDV-nin mövcudluğu isə onların işini daha da çətinləşdirir. Gətirilən damazlıq cücələrdən, avadanlıq və dərman preparatlarından ƏDV-nin götürülməsi nəzərdə tutulub. Quşçuluq müəssisələri damazlıq cücələri Türkiyə, Hollandiya, ABŞ, İngiltərə kimi ölkələrdən gətirirlər. Damazlıq yumurta verilmədiyindən damazlıq üçün bir günlük cücələr gətirilir. Avadanlıqlar əsasən Hollandiya və Türkiyədən, dərman preparatları isə daha çox Hollandiyadan gətirilir".

Cəmiyyət sədri qeyd edib ki, ƏDV-nin götürülməsi maya dəyərinin nisbətən aşağı düşməsinə səbəb olacaq: "Bu da quşçuluq müəssisələrinin işinə müsbət təsir göstərəcək. Quşçuluq müəssisələri hazırda satış sahəsində də problemlər yaşayırlar. İndiyə kimi ölkə bazarına quş əti Türkiyə və Braziliyadan gətirilirdsə, bu siyahıya Ukrayna da əlavə olunub. Bizim bazar o qədər də böyük deyil. Üstəlik, bunu da xaricdən gətirilən məhsullarla doldurduqda yerli müəssisələrin satış poblemi yaranır".

A.Vəliyev vurğulayıb ki, quşçuluq müəssisələri zəruri yem məhsullarının 80-85 faizini xaricdən gətirir: "Yem məhsulları daha çox Rusiya, Ukrayna və Argentina kimi ölkələrdən gətirilir. Müəssisələrin torpaq sahələrinin olacağı halda bu sahədə müsbət irəliləyişlərin ola bilər. Quşçuluq müəssislərinin hamısı xammala görə xaricdən asılıdır. Nisbətən "Səba" müəssisəsi bəzi yem növləri ilə özünü təmin edə bilir. Çünki həmin müəssisənin özünün torpaq sahəsi var. Qarğıdalı, buğda kimi bitkilər əkməklə yem sahəsində nisbətən də olsa özünü təmin edir. Digər quşçuluq müəssisələrinin isə torpaq sahəsi mövcud deyil. Quşçuluq müəssisələri onlara torpaq sahəsinin verilməsi ilə bağlı bütün müvafiq qurumlara müraciət etsə də, hələ bir nəticə yoxdur. Torpaq sahələri uzun müddət istifadəsiz qaldığından şoranlaşıb. Torpaqların müəssisələrə verilməsi üçün əvvəlcə həmin sahələr münbit vəziyyətə gətirilməli, şoranlaşmadan təmizlənməlidir".

Cəmiyyət sədri əlavə edib ki, hazırda quşçuluq müəssisələrində quş ətinin bir kiloqramının qiyməti 2 manat 60 qəpik - 2 manat 80 qəpik arasında dəyişir: "Yumurtanın bir ədədinin qiyməti isə çeşidinə görə dəyişir. Hazırda iriliyinə görə ən bahalı yumurta 10, digərlərinin qiyməti isə 7-8-9 qəpik arasındadır". 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol