• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Lahıcda “Həmrəylik düşərgəsi”-nə qatılır

Azercell Lahıcda “Həmrəylik düşərgəsi”-nə qatılır
22.07.2016 17:58
Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda ölkə miqyaslı sosial layihə - "Həmrəylik düşərgəsi”nə start verildi.

"ASAN Könüllüləri” Təşkilatının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası, "Regional İnkişaf” İctimai Birliyi, BMT–nin Əhali Fondunun dəstəyi ilə 20-25 iyul tarixlərində baş tutan "Həmrəylik düşərgəsi” 60 könüllü gənci bir araya gətirərək bir sıra sosial aksiya və tədbirlər həyata keçirəcək.

Layihə iştirakçılarının mobil rabitə təminatçısı qismində çıxış edən Azercell Telekom, eyni zamanda, tədbir boyu sosial və məlumat dəstəyini də göstərməkdə davam edəcək. Könüllülər üçün Azercell Akademiyasının təlim proqramı da təşkil olunacaq. Azercell-in əməkdaşları gənclərə karyera qurmağın yolları haqqında məlumat verəcəklər. Bundan əlavə, gənclərə Azercell tərəfindən ilk tibbi yardımın və yanğınsöndürmənin əsasları, fövqəladə hallarda davranış qaydaları və s. kimi məsələlərlə bağlı təlim keçiriləcək. Sessiyaları uğurla başa vuran gənclərə Azercell tərəfindən sertifikat və hədiyyələr təqdim olunacaq.

20-25 iyul tarixlərində İsmayıllı rayonunun Lahıc kəndində keçirilən layihənin məqsədi gənclərə yeni bilik və bacarıqların, peşə bacarıqlarının öyrədilməsi, multikultural nümunələrin inkişafının dəstəklənməsi, gənclər arasında düşərgə mədəniyyətinin formalaşdırılması, sosial iştirakçılığın və sosial məsuliyyət çərçivəsində işlərin təşviqindən ibarətdir.

Layihə çərçivəsində həmçinin "ASAN məktub” vasitəsi ilə Lahıc məktəblilərinə məktəb ləvazimatları alınacaq. "ASAN xidmət”in təşkilatçılığı ilə Lahıcda təhsil alan məktəblilərə şəxsiyyət vəsiqələri təqdim olunacaq.

Qeyd edək ki, ölkəmizdəki iri miqyaslı Sosial Məsuliyyət layihələrinin ən aktiv iştirakçısı olan Azercell Telekom bir biznes qurumu kimi cəmiyyətə və ətraf mühitə təsir edən təşəbbüslərə böyük əhəmiyyət verir və ölkədə sosial rifahın artırılması istiqamətində ictimai təşkilatlarla birlikdə tərəfdaşlıq edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol