• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda illik inflyasiya 10,6%-ə yüksəlib

Azərbaycanda illik inflyasiya 10,6%-ə yüksəlib
11.08.2016 14:35
İlk yarımillikdə ərzaq məhsulları 12% bahalaşıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 10,6% artıb.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ərzaq məhsullarının qiymətlərində 12,0%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 4,7% bahalaşma olub.
Bu ilin iyul ayında iyuna nisbətən istehlak məhsulları və xidmətləri 0,3 %, o cümlədən, ərzaq məhsulları 1,6% ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 1,0% bahalaşıb.

Ay ərzində qarabaşaq, yulaf və arpa yarmasının, mal və toyuq ətinin, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, albalının, gilasın, əriyin, çiyələyin, göyərtinin, sarımsağın, soğanın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, yumurtanın, almanın, armudun, bananın, alçanın, gavalının, şaftalının, qarpızın, yemişin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, yerkökünün, çuğundurun, kartofun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, telefon və fotoaparatların qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 11,9%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5% artıb.

İyunda may ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,3% ucuzlaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,3% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol