• $
  • €
  • ₽
  • ₺
  • £

​Ali Məhkəmə bankların əleyhinə qərar çıxarıb

​Ali Məhkəmə bankların əleyhinə qərar çıxarıb
11.08.2016 18:59
Ali Məhkəmənin bu gün baş tutan iclasında lisenziyaları ləğv edilən "Atrabank” və "Qafqaz İnkişaf Bank” ASC-lərin əleyhinə qərar qəbul edilib. 

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə bank dairələrindən məlumat verilib.

Xatırladaq ki, lisenziyaları ləğv olunan "Atrabank” və "Qafqaz İnkişaf Bankı” konsolidasiyaya getmək şərti ilə bazara qayıtmağa çalışırdı. Bunun üçün onlar ilk növbədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib və məhkəmə bankların xeyrinə qərar vermişdir.

Bundan sonra, AMB həmin qərardan apellyasiya şikayəti verib. Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi AMB-nin iddiasını təmin edib.

Sonra isə banklar AMB-nin səlahiyyətlərinin bir qisminin ötürüldüyü Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məhkəmə çəkişməsində olub.

AMB "Atrabank” və "Qafqaz İnkişaf Bankı”nın lisenziyalarını bu il yanvarın 27-də ləğv edib və hər iki banka müvəqqəti inzibatçı təyin olunub.

Qurum öz qərarını bankların məcmu kapitalla bağlı minimum tələbə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib.

Lisenziyalarının ləğvindən sonra banklar birləşmək haqqında niyyət protokulu imzalayıb. Əvvəlcə həmin birləşmədə "Günaybank” ASC-nin də iştirakı gözlənilsə də, daha sonra "Günaybank”  birləşmədən imtina edib, fəaliyyətini sərbəst davam etdirəcəyini açıqlayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol