• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Əliyev ölkəyə daha çox hansı malların qaçaq yolla gətirildiyini açıqladı

Aydın Əliyev ölkəyə daha çox hansı malların qaçaq yolla gətirildiyini açıqladı
26.08.2016 14:21
Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Aydın Əliyev deyib. O qeyd edib ki, Azərbaycanın İranla sərhəd keçid məntəqəsində ən böyük təhlükə narkotik vasitələrin ölkəyə keçirilməsi ilə bağlıdır: "Bu ilin 8 ayı ərzində gömrük orqanlarının əməkdaşları tərəfindən artıq 1 ton 100 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Hər gün az miqdarda da olsa ayrı-ayrı vətəndaşlar tərəfindən narkotik və psixatrop tərkibli maddələrin keçirilməsinə cəhd edilir”.
 
Komitə sədri əlavə edib ki, bütün sərhəd keçid məntəqələrində tütün məhsullarının ölkəyə qaçaq yolla gətirilməsinə cəhd olunur. Onun sözlərinə görə, spirtli içkilərin ölkəyə qanunsuz yolla daxil olması halları daha çox Gürcüstan və Rusiya tərəfində müşahidə olunur: "Eyni zamanda, Gürcüstanla sərhəd keçid məntəqəsində vətəndaşların qanunsuz olaraq ölkəyə mobil telefonlar keçirmək cəhdi böyük problemlər yaradır”.
 
A. Əliyev əlavə edib ki, vətəndaşlar kommersiya və istehsalat məqsədləri üçün ölkəyə gətirilən məhsullara edilən güzəştləri düzgün başa düşmür və kommersiya məqsədləri üçün gətirilən mallara güzəştlər edilməsini istəyirlər: "Nazirlər Kabinetinin 305 saylı qərara etdiyi son dəyişiklər bu məsələyə tam aydınlıq gətirib”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol