“Bakı funikulyoru turistlərə ödənişsiz xidmət göstərir”

"Bakının mərkəzində yerləşən funikulyor Azərbaycan paytaxtına gələn turistlərə ödənişsiz xidmət göstərir".
Bunu "Report"a açıqlamasında Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov deyib.
Onun sözlərinə görə, funikulyor 2012-ci ilin may ayından ödənşsiz fəaliyyət göstərir: "Yerli sakinlərlə yanaşı turistlərə də pulsuz xidmət göstəririk".
T.İsmayılov qeyd edib ki, qurğudan istifadəyə qiymətin təyin edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























