• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna yükdaşıma tariflərini azaldacaq

Ukrayna yükdaşıma tariflərini azaldacaq
26.08.2016 21:02
Ukrayna "İpək yolu" çərçivəsində yükdaşıma tariflərini azaltmaq niyyətindədir.
 
"Report"un "Rosbalt.ru" saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə ölkə müvafiq layihə çərçivəsində Çin-Ukrayna-Avropa İttifaqı marşrutu üzrə daşıma qiymətlərinin düşməsi üçün tədbirlər görür.

Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, müvafiq razılaşma Çin tərəfi ilə hökumət nümayəndələrinin apardığı danışıqlar və Ticarət-iqtisadi əməkdaşlıq üzrə alt komissiyanın imzaladığı protokoldan sonra əldə edilib.

"Ukrayna İnfrastruktur Nazirliyi Çin şirkətlərinin yüklərin Çernomorsk limanı vasitəsilə "İpək yolu" ölkələrinin iştirakçıları - Gürcüstan, Azərbaycan və Qazaxıstanın ərazisindən keçməklə, daşınmasının vacibliyini vurğulayıb. "Böyük İpək yolunun iqtisadi kəməri"nin yaradılmasına dair birgə təşəbbüsün reallaşdırılması çərçivəsində Ukrayna, Çin-Ukrayna-Avropa İttifaqı marşrutu üzrə multimodal daşımalar üçün tariflərin optimallaşdırılması və azaldılmasına dair tədbirlər görür", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna "İpək yolu" Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların rəqabətqabiliyyətli, güzəştli tarifləri barədə protokol imzalayıblar.

Bu ilin yanvarında 20 ədəd 40-futluq konteynerdən ibarət sınaq qatarı Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu ilə Çinə yola salınıb. Ukraynanın İliçevsk limanından yanvarın 15-də yola salınmış qatar yanvarın 22-də Bakı Limanının bərə terminalına (Ələt) çatmışdır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol