• $
  • €
  • ₽
  • ₺
  • £

"Marja 8%-ə qalxmasa devalvasiya olacaq"

"Marja 8%-ə qalxmasa devalvasiya olacaq"
26.08.2016 20:39
"Mərkəzi Bank 4%-lik marjanı qısamüddətli olsa da artırmalıdır”.
 
Bunu Fins.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirdi. Onun sözlərinə görə, hazırda Mərkəzi Bank tərəfindən tətbiq edilən 4 faizlik marja bankların yüksək qiymətə dollar satışına imkan vermir. Nəticədə dolları baha satmaq istəyən banklar valyutanı "qara bazara” ötürürlər.

S.Əliyev bildirdi ki, hələ də valyuta bazarında dollara tələbat yüksəkdir: "Təzyiq davamlı olarsa Mərkəzi Bank tələbatı azaltmaq üçün növbəti devalvasiyaya gedə bilər”.

Ekspert devalvasiyadan qaçmaq üçün hazırkı şəraitdə qısamüddətli olaraq marjanın 2 dəfəyədək qaldırılmasını - 8 faizə çatdırılmasını təklif edir: "Bu addım "qara bazar”a dollar axınını müəyyən qədər azalda bilər. Lakin marjanı yüksəltməklə paralel "qara bazar” da sıradan çıxarılmalıdır. Bundan əlavə, hərraca çıxarılan dollar təklifinin məbləği 50 milyon dollardan 200 milyon dollara qədər yüksəldilməlidir. Ən azı yaxın bir neçə hərracda təklif artırılmalıdır. Bu halda valyuta bazarında sabitlik yaratmaq olar. İstənilən halda bu sabitlik qısamüddətli olacaq. Uzunmüddətli sabitlik üçün iqtisadiyyatda dollarlaşma səviyyəsi aşağı salınmalıdır”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol