• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi bəyannamələrinin yeni formaları təsdiq edilib

Vergi bəyannamələrinin yeni formaları təsdiq edilib
26.08.2016 17:29
Vergilər Nazirliyi "Gəlir vergisinin bəyannaməsi”, "Mənfəət vergisinin bəyannaməsi”, "Torpaq vergisinin bəyannaməsi”, "Əmlak vergisinin bəyannaməsi” və onların tərtib edilmə qaydaları, "Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması,  "Dövlət rüsumunun tutulması haqqında hesabatın tərtib edilməsi qaydası”, habelə "Sadələşdirilmiş vergininin bəyannaməsi” və "Əlavə dəyər vergisinin bəyannaməsi”nə,  "Xüsusi notariusun gəlir vergisi bəyannaməsinə”, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ə əlavələr və onların tərtib edilmə qaydalarına dəyişiklikləri təsdiq edib.
 
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, bu dəyişikliklərə səbəb Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamının tələbləri ilə bağlıdır.
 
Nazirlikdən bildirilib ki, bu dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək. 
 
Sözügedən sənədlərlə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində və "Vergilər” qəzetinin növbəti sayında tanış olmaq mümkündür.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol