• $
  • €
  • ₽
  • ₺
  • £

"Son zamanlar uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb"

"Son zamanlar uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb"
26.08.2016 19:18
Bu gün ABŞ-ın Vyominq ştatında (Wyoming) "Cekson-Houl”da iqtisadçılar və dünya mərkəzi banklarının nümayəndələrinin iştirakı etdiyi "Gələcəkdə dayanıqlı monetar siyasətin təmin edilməsi” mövzusunda illik simpozium öz işinə başlayıb.
 
"APA-Economics” xarici KİV-lərə istinadən xəbər verir ki, bu dəfə konfransda əsas diqqət ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin çıxışına yönəlib. O, "Federal Ehtiyat Sisteminin pul-kredit siyasətinin alətləri: keçmiş, indi və gələcək" mövzusunda çıxış edib. C.Yellen deyib ki, dünya maliyyə böhranı və böyük tənəzzül bütün dünyada Mərkəzi Banklar üçün yeni problemlər yaradır və pul-kredit siyasətində dəyişiklikləri stimullaşdırır: "Bizim mövcud alətlər gələcəkdə iqtisadi tənəzzülün tənzimlənməsi üçün yetərlidir. Baxmayaraq ki, böhranın bizə verdiyi dərslərdən biri də böhran qabağı alətlərin bəzilərinin üzləşdiyimiz çətinlikləri dəf etmək, bəzi iqtisadi məsələlərin həlli üçün yetərli olmadığını göstərdi. Bununla belə, gələcəyə nəzər salaraq qeyd etməliyəm ki, pul-kredit siyasətində bir çox alətləri saxlamaq lazımdır. Bu konfrans keçmişdən dərs çıxarmaq üçün imkan yaradır və gələcək pul-kredit siyasətinin formalaşmasında mühüm rol oynayır”.
 
C.Yellen bildirib ki, son zamanlar uçot dərəcəsinin artırılması üçün daha çox səbəb yaranıb: "Hazırda ABŞ iqtisadiyyatı FED-in maksimum məşğulluq və qiymət sabitliyi ilə bağlı hədəflərinə yaxınlaşır. Hesab edirəm ki, buna görə də son aylarda uçot dərəcələrinin artırılması tərəfdarları çoxalıb. FED rəsmiləri mərhələli şəkildə uçot dərəcəsinin artırılmasını dəstəkləyir”. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol