• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəyə avtomobil gətirənlər siyahıya salınacaq

Ölkəyə avtomobil gətirənlər siyahıya salınacaq
31.08.2016 11:04
Nazirlər Kabineti "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişikliklər edib.

Bu barədə APA-ya istinadən xəbər verir.

Bu Qayda "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) altsistemlərinin istismarı, informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına proqram-texniki dəstək, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları müəyyən edir.

Xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada birgə formalaşdırılan və istifadə edilən paylanmış informasiya resurslarından, bu resursları və təminat vasitələrini qarşılıqlı istifadə edən altsistemlərdən, müvafiq lokal seqmentlərdən və ya kompyuterləşdirilmiş ayrı-ayrı işçi yerlərindən ibarətdir.

Dəyişiklik İAMAS çərçivəsində yeni altsistem- "Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi yaradılmasını nəzərdə tutur.  

Sərhədkeçmə zamanı xüsusi diqqət "Sərhədkeçmə” informasiya resursunda məlumat yaradan altsistemlərdən biridir. "Sərhədkeçmə zamanı xüsusi diqqət” altsistemi vasitəsilə gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan  ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər barədə məlumatlar "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir.  

Bu altsistem sərhədkeçmə nəzarəti zamanı aparılması məcburi olan əvvəllər gətirilmiş nəqliyyat vasitələrinin və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malların Azərbaycan gömrük ərazisindən kənara aparılmamasına görə inzibati xəta haqqında iş üzrə icraata gömrük orqanları tərəfindən başlanılması üçün bu tələbləri pozan fiziki şəxsin sərhəd keçməsinə icazə verilməməsi və şəxsin sərhəd keçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi məqsədləri üçün istifadə edilir.

"Sərhədkeçmə zamanı xüsusi diqqət” Azərbaycana gələn əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumat yaradan altsistemlər, o cümlədən əcnəbilər barədə məlumat təminatını həyata keçirən altsistemlər sırasına daxil edilib. 

"Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursundan məlumat alan və bu resursa məlumat təqdim edən informasiya sistemi sırasına Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi daxil edilib. Əvvəl bu informasiya sisteminə yalnız Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi daxil olub. 

Nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar haqqında məlumatlar "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil ediləcək və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusu dəyişdiriləcək.
 
Müvafiq olaraq Dövlət Gömrük Komitəsi İAMAS çərçivəsində "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na məlumatlar daxil edəcək və "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”nın məlumatlarından istifadə edəcək. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol