• $
  • €
  • ₽
  • ₺
  • £

Banklara dollar satışı ilə bağlı xəbərdarlıq

Banklara dollar satışı ilə bağlı xəbərdarlıq
31.08.2016 13:38
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bank sektorundan əldə olunan məlumata görə, məktubda bildirilir ki, ictimaiyyətdən Palataya bəzi banklar tərəfindən valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizindən əlavə komisyon haqlarının alınması ilə bağlı məlumatlar daxil olur.

"Bu isə əksər hallarda mövcud faiz dəhlizinin pozulması ilə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq valyuta mübadilə əməliyyatlarında əlavə komisyon haqlarının tətbiqi zamanı formalaşan faktiki məzənnənin müəyyən olunmuş limit hədləri çərçivəsində təmin edilməsi banklara və poçt rabitəsinin milli operatorlarına tapşırılır. Xahiş edirik işinizdə rəhbər tutasınız”, - deyə məktubda vurğulanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank xidməti istehlakçılarının hüquqlarının qorunması və müştəri bank münasibətlərində bank xidmətlərinin dəyərinin şəffaflığının təmin edilməsi prioritet vəzifələrdən biri olaraq daim diqqətdə saxlanılır.

Bank sektorunda çalışanlar bildirib ki, son zamanlar Palata bu sahədə nəzarəti gücləndirib. "Palata bankların filial və şöbələrində yoxlamalar aparır və 4%-lik marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalar tətbiq edir”, - deyə bank əməkdaşları əlavə ediblər.

Qeyd edək ki, Mərkəzi Bankın 08.01.2016-cı il tarixli məktubu ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın mübadilə məzənnəsi hədəfləri həmin gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsindən 4± % məbləğində müəyyən edilib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol