• $
  • €
  • ₽
  • ₺
  • £

OPEC hasilatı rekorda həddə çatdırıb

OPEC hasilatı rekorda həddə çatdırıb
02.09.2016 16:14
OPEC ölkələrinin gündəlik məcmu neft hasilatı avqust ayında iyul ayı ilə müqayisədə 40 min barel və ya 0,12% artaraq 33,5 mln. barelə çatıb. 

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu, son zamanların rekord hasilat həcmidir. 

Agentliyin analitiklər arasında keçirdiyi sorğuya əsasən, Səudiyyə Ərəbistanının yeni hasilat rekordu həyata keçirdiyi ehtimal olunur. Ekspertlər S.Ərəbistanının hasilatı 10,7 mln. barel/günə çatdırdığını, hətta bəziləri hasilatın 10,9 mln. barel/gün olduğunu bildirir. Sorğuya görə, neft hasilatını avqustda artıran ölkələr sırasında İraq, Küveyt, S.Ərəbistanı və BƏƏ də var. İranın hasilatında dəyişiklik olmadığı bildirilir. Nigeriya, Liviya və Venesuelada isə hasilatın azaldığı qeyd olunub. OPEC-in rəsmi hesabatının sentyabrın 12-də açıqlanması gözlənilir. Əgər "Reuters"in sorğusu həqiqətə yaxın olarsa, neft qiymətləri azalma tendensiyası göstərəcək. Qeyd edək ki, S.Ərəbistanı keçən ay da hasilatı rekord həddə çatdırıb.

Xatırladaq ki, sentyabrın 26-28-də Əlcəzairdə OPEC-in növbədənkənar iclasında hasilatın dondurulması ilə bağlı məsələ müzakirə olunacaq. Ekspertlər İranla S.Ərəbistanı arasındakı fikir ayrılığı səbəbindən görüşdən müsbət nəticə gözləmirlər. Bundan əlavə, OPEC hasilatını yanvar ayı ilə müqayisədə 1 mln. barelə yaxın artırıb. Ekspertlər hətta razılaşma əldə olunacağı təqdirdə, OPEC-in cari hasilat həcminin onsuz da təklifin yüksək olduğu neft bazarına effektinin olmayacağını düşünürlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol