• $
  • €
  • ₽
  • ₺
  • £

Qurban bayramında ətin qiyməti artacaq? – AÇIQLAMA

Qurban bayramında ətin qiyməti artacaq? – AÇIQLAMA
05.09.2016 11:25
"Qurban bayramı ilə əlaqədar tədbirlər planı hazırlanır”.

ANN.Az xəbər verir ki, bunu AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. 

Onun sözlərinə görə, Qurban bayramı günlərində Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçəcək, baytar mütəxəssisləri kəsim yerlərinə cəlb olunacaq.

"Qurbanlıq heyvanların kəsildiyi yerlərə nəzarət ediləcək. Qiymətlərdə ciddi artımın olacağı gözlənilmir. Hazırda tədbirlər planı hazırlanır və məlumatlar hazır olan kimi ictimaiyyətə açıqlama veriləcək”.

M.Hacıyev, həmçinin bildirib ki, əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satılması, kəsilməsi üçün xüsusi yerlər ayrılacaq:

"Bakı və Abşeronun müxtəlif yerlərində xüsusi yerlər ayrılacaq ki, insanlar o yerlərdən heyvanları rahat ala bilsinlər. Orada həm sanitar qaydalara riayət olunacaq, həm də baytar həkimlər heyvanların sağlamlığına nəzarət edəcəklər”, - deyə M.Hacıyev bildirib.

Qeyd edək ki, Qurban bayramı bu il sentyabrın 10 və 11-də keçiriləcək. Həmin günlər şənbə, bazara təsadüf etdiyi üçün 4 gün iş olmayacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol