• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər tibbi sığorta haqqı ödəməyəcək

Bu şəxslər tibbi sığorta haqqı ödəməyəcək
20.09.2016 15:50
Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər”.
 
Bunu APA-ya Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O qeyd edib ki, icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilərək Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına təqdim olunub: "Agentlik tibbi xidmətlərin vahid qiymət cədvəlini hazırlayıb. Cədvəli Tarif Şurası və ya digər müvafiq dövlət qurumu təsdiqlədikdən sonra həmin qiymət cədvəlinə əsasən, xəstəxanalara ödənişlər edəcəyik. Agentlik sığorta haqqını az məbləğdə müəyyənləşdirib ki, bəzi bahalı diaqnostik müayinələrə ehtiyac yarandıqda vətəndaş kiçik məbləği öz cibindən ödəsin. Sığorta sistemində franşiza (azadolma məbləği-red) sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq ediləcək. Tutalım, vətəndaş qiyməti 60-80 manat olan kompüter tomoqrafiyası müayinəsinin 10 manatını cibindən ödəyəcək. Vətəndaş artıq biləcək ki, bunu öz cibindən ödəməlidir və lazım olmadıqda bu müayinədən istifadə etməyə cəhd etməyəcək. Bu da sığorta xərclərini tənzimləyir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol