• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan SOCAR-ın "Avrasiya" layihəsində iştirak etməsini istəyir

Qazaxıstan SOCAR-ın "Avrasiya" layihəsində iştirak etməsini istəyir
22.09.2016 14:50
Qazaxıstan tərəfi Azərbaycana Dövlət Neft Şirkəti (SOCAR) qismində "Xəzərin Avrasiya çökəkliyi" - regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak etməyi təklif edib.

"Report" "İnterfaks-Qazaxıstan" agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Qazaxıstan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 13-cü yığıncağının protokolunda qeyd olunub.

Bundan başqa protokola əsasən, tərəflər ortaq energetika layihələrinin həyata keçirilməsi, Xəzər dənizi regionundan neft və neft məhsullarının dünya və Avropa bazarlarına çatdırılması sahəsində marşrutların şaxələndirilməsinə istiqamətlənmiş əməkdaşlığın inkişafı, Batumi neft terminalından Azərbaycan maye qazının nəql edilməsi imkanlarının öyrənilməsini razılaşdırıblar.

Xatırladaq ki, "Avrasiya" layihəsini 2014-cü ilin sentyabr ayında Rusiya və Qazaxıstan prezidentləri işə salıblar. Layihə çərçivəsində 15 km. dərinliyə malik quyuların qazılması nəzərdə tutulub. Qazma işləri nəticəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 km. dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi planlaşdırılıb.

Layihənin 2016-cı ildən reallaşdırılması nəzərdə tutulub. 6 il davam edəcək layihəyə 523 mln. ABŞ dolları xərc çəkiləcək. Layihəyə Rusiyanın "Lukoil", "Rosneft", Böyük Britaniyanın "Shell", ABŞ-ın "Chevron", Çinin isə "CNPC" neft-qaz şirkətləri maraq göstərir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol