• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda maşınların qiymətini kim qaldırır?

Azərbaycanda maşınların qiymətini kim qaldırır?
28.09.2016 14:56
İkinci əl avtomobil bazarında avtomobillərin qiymətləri şişirdilir.

Bu barədə fins.az-a avtomobil ekspertləri və avtomobil satıcıları deyiblər. Avtomobil ekspertlərinin sözlərinə görə, avqust ayının sonundan etibarən dolların bahalaşması ilə bağlı yaranan ajiotaj avtomobil satışlarının da tamamilə dayanmasına səbəb olmuşdu. Ekspertlər deyirlər ki, satışların dayanmasına rəğmən devalvasiyaya uyğun olaraq avtomobillərin qiymətləri qaldırılmışdı. Xüsusilə də avtomobil satışı ilə bağlı internet elanlarında şişirdilmiş qiymətlər gözə çarpırdı. Amma real alıcı olanda avtomobillər nəğd şəkildə daha ucuz təklif edilirdi.

Badamdar avtomobil bazarından satıcılar da ikinci əl avtomobillərin qiymətlərinin şişirdildiyini deyirlər. Avtomobil satıcısı Aley Şamilov bildirib ki, sentyabr ayının əvvəlindən etibarən elan saytlarında ikinci əl avtomobillərin qiymətlərinin artması təəssüratı yaradılırdı. Avtomobillər real qiymətindən 6000 manata kimi baha göstərilirdi. Sentyabr ayının 10-dan sonra avtomobil bazarında az da olsa, alıcı var və avtomobillərin real satış qiymətinin artmadığı məlum olub: "Məsələn, qiyməti 26 min manat göstərilən 2014-cü il model "Hyundai İX35" avtomobili son bazarda 18 min manata satıldı. 2008-2009-cu il model "Toyota Prado"ların qiyməti 27-29 min manat göstərilirdi. Amma eyni avtomobil real alıcıya 22 min manata satıldı".

Ötən ilin eyni dövrü ilə müqayisədə xeyli az olsa da, son iki həftədə avtomobil satışlarında nisbi canlanma yaranıb. A.Şamilov bildirib ki, satışa 1500 -2000 avtomobil çıxarılan Badamdar bazarında son bir ayda cəmi 10-12 avtomobil satılıb. Halbuki, ötən ilin sentyabr ayında 80-100 avtomobil satılmışdı. Satıcının sözlərinə görə, bazarda real alıcı hələ də çox azdır: "Satışların bir hissəsi barter hesabına baş tutur. Məsələn, 1996-cı il model "Mercedes" avtomobilini "E240" modeli ilə barter etdilər. "E240 "a əvvəlcə 14 min manat qiymət qoyulsa da, sonda avtomobil 12 min manata satıldı. Köhnə "Mercedes"in sahibi avtomobilin üstündə 7 min manat ödəməklə "E240" modelini aldı".

Bundan əlavə, bazara çıxarılan avtomobilin bir hissəsini alverçilər alıb saxlayırlar. Onlar isə ikinci əl avtomobil bazarında qiymətlər yüksələn zaman daha baha qiymətə sataraq daha çox gəlir əldə etmək üçün belə edirlər.

Satıcıların sözlərinə görə, "ölü bazar"ın əsas "söz sahibləri" dəyişməz olaraq qalıb. A.Şamilov bildirib ki, əsas alınan avtomobillər arasında 1998-2003-ci il istehsal tarixli "Mercedes"ləri misal göstərmək olar. Xüsusilə də, "E 220" modellərini taksi kimi istifadə etmək üçün alırlar. "Opel"in isə 1.6-1.8l mühərrikli 1998-2004-ci illərdə istehsal edilən furqon modelləri daha çox satılır. "Lada" modellərindən isə alıcılar daha çox "Lada 21012", "Lada 21015" modellərinə üstünlük verirlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol