• $
  • €
  • ₽
  • ₺
  • £

Dərmanları baha satanlar cəzalanacaq - Azərbaycanda

Dərmanları baha satanlar cəzalanacaq - Azərbaycanda
05.10.2016 14:22
Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edən vəzifəli şəxslər cərimələnəcəklər.
 
ANN.Az XəzərXəbər-ə istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyata alınmasından və ya qiymətlərin tənzimlənməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata alınmaqda və ya qiymətlərin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcəklər.
 
Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, idxalına görə (bu əməllər az miqdarda törədildikdə) vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə ediləcəklər.
 
Dövlət qeydiyyatından keçmiş dərmanların qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən satışına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək cərimə edilirlər.
 
Qiymətləri tənzimlənən dərmanların fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə edilirlər.
 
İXM-də bu əməllərin təkrar törədilməsinə görə də cərimələr müəyyənləşdirilib.
 
Layihə Milli Məclisin oktyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol