• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda toyuq əti bahalaşıbmı? - AÇIQLAMA

Azərbaycanda toyuq əti bahalaşıbmı? - AÇIQLAMA
10.10.2016 10:59
Nazirlər Kabineti (NK) xaricdən Azərbaycana gətirilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
 
Bəzi ekspertlər bu qərardan sonra Azərbaycanda bir çox yerli  məhsulların bahalaşacağını proqnozlaşdırır. Artıq bir neçə gündür ki, "Hövsan toyuqlar” adı ilə açıq şəkildə mağazalarda satılan məhsulların qiyməti artırılıb. Belə ki, bu qərar qədər 1 kiloqramı 2 manat 80 qəpiyə satılan toyuqlar, artıq 3 manat 30 qəpiyə təklif edilir. Yumurtanın qiymətində də cüzi də olsa isə artım var. Marketlərdə 15 qəpiyə satılan orta ölçülü yumurtalar artıq 16 qəpiyə satılır.
 
Azərbaycanda quş əti və yumurta istehsalında böyük payı olan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az-a açıqlamasında heç bir qiymət artımına gedilmədiyini bildirib:

"Hövsanda fərdi şəkildə toyuq saxlayan adamlar var. Onlar öz məhsullarını mağaza və marketlərə paylayırlar. Onlarla bağlı dəfələrlə Vergilər Nazirliyinə şikayət etmişik, amma xeyri olmayıb. Onların bizimlə heç bir bağlılığı yoxdur.

Bizim balansımızda olan quş əti məhsullarında heç bir qiymət artımı yoxdur və gözlənilmir.

Rüsum tətbiqi o demək deyil ki, biz qiymətləri artıracağıq. Bu bizə də sərf etməz. Qiymət bahalaşanda biz də məhsulu satmaqda çətinlik çəkirik”.
 
A.Vəliyev idxal rüsumlarının artırılmasının yerli istehsal şirkətləri üçün əlverişli olduğunu deyib.

"Devalvasiyadan sonra bəzi firmalar bazardan çıxmağa başlayırdı. Çünki onlara belə fəaliyyət sərf etmirdi. İdxal rüsumlarının artırılmasından sonra bazarımız daha da genişlənəcək.

Biz hər zaman yerli tələbatı ödəmişik. İdxal məhsulları isə bizə maneçilik törədirdi. Onlar bazara gətirilmədiyi şəraitdə tərəfimizdən tələbat yüz faiz ödəniləcək. Onsuz da biz tələbatı ödəyirdik, sadəcə xarici mallar bizə imkan vermirdi”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol