• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan xaricə snayper tüfəngi ixrac edəcək

Azərbaycan xaricə snayper tüfəngi ixrac edəcək
10.10.2016 11:24
Azərbaycan "Yalquzaq” snayper tüfənginin ixracını həyata keçirəcək.

ANN.Az AzeriDefence-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin "Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov bildirib.

İ.Nəzərovun bir ölkə ilə snayper tüfənginin ixracına dair müqavilənin imzalandığını bildirib. Ölkənin adı açıqlanmayıb.

İxracla yanaşı, Sərhəd Qoşunlarından da ilk sifarişlər alınıb.

Müəssisə rəhbərinin sözlərinə görə, HP-7.62 hücum pulemyotuna da böyük maraq göstərilir. Daxili tələbat böyük olduğuna görə HP-7.62 pulemyotu üçün hələ ki ixrac müqaviləsi imzalanmayıb.

İ.Nəzərov qeyd edib ki, 7.62×51 mm "Yalquzaq” snayper tüfəngi bazardakı xarici analoqları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. "Bolt action” iş prinsipinə malik "Yalquzaq” snayper tüfəngi müxtəlif hava şəraitində istismar oluna bilir. 

Daşınma rahatlığı və erqonomikası baxımından "Yalquzaq” xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab oluna bilər. "Yalquzaq” snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib. Bu da tətik mexanizminin sərtliyini, gediş məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan verir. Snayper tüfəngi 1000 metr məsafədə sərrast atışın aparılmasını təmin edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol