• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkənin valyuta məzənnəsi 6 illik minimuma endi

Bu ölkənin valyuta məzənnəsi 6 illik minimuma endi
10.10.2016 14:48
Çin milli valyutası - yuanın məzənnəsi ABŞ dolları ilə müqayisədə 6,7069 CNY/USD səviyyəsinə kimi geriləyərək son 6 ilin minimumuna enib.
 
"Report"un "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yuan oktyabrın 1-də Beynəlxalq Valyuta Fondunun (İMF) əsas valyuta səbətinə daxil olduqdan sonra Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) ilk dəfə yeni məzənnə açıqlayıb. Belə ki, Çində oktyabrın 1-dən 10-dək rəsmi bayram günləri olub.

Qeyd edək ki, Çin rəsmiləri yuanın uzunmüddətli devalvasiyası üçün heç bir əsasın olmadığını dəfələrlə təkrarlayıblar. Həmçinin, valyuta məzənnəsinin formalaşdırılması mexanizmində islahatların aparılacağı bildirilib.

Xatırladaq ki, Çində valyuta məzənnəsi 2005-ci ilə qədər uzun müddət 8,3 CNY/USD səviyyəsində olub. Daha sonra möhkəmlənməyə başlayan yuan, 2014-cü ilin yanvar ayında məzənnənin 6 CNY/USD səviyyəsinə çatmasına səbəb olub. Bundan sonra qlobal maliyyə böhranının təsiri ilə zəifləməyə başlayan Çin milli valyutası 2015-ci ilin avqustunda ÇXB tərəfindən 4% devalvasiya edildikdən sonra qlobal maliyyə bazarları daha da çətin vəziyyətə düşüb. Son bir il ərzində isə ÇXB valyuta ehtiyatlarını xərcləyərək məzənnənin sabitliyini qoruyub saxlayıb. Belə ki, sentyabr ayı ərzində Çinin rəsmi valyuta ehtiyatları 19 mlrd. ABŞ dolları azalaraq son 5 ilin minimal səviyyəsi - 3,166 trln. dollara kimi geriləyib. İlin əvvəlindən isə yuanın dollarla müqayisədə 2,7% ucuzlaşdığı bildirilir.

"Report"un analitik qrupu Çin milli valyutasının tədricən ucuzlaşacağını və bunun bütün ölkələrə yayılacağını proqnozlaşdırır. 2020-ci ilə qədər CNY/USD məzənnəsinin yenidən 8,3 səviyyəsinə çatacağı ehtimal edilir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol