• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan real sektora daha bir dəstək

Unibankdan real sektora daha bir dəstək
10.10.2016 17:07
Bank yerli şirkətə 1,3 mln. kredit ayırıb

Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan Unibank, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir. Bu vəsaitdən faydalanan şirkətlərdən biri də "S.A.B.A Şirkəti” MMC-dir. Şirkət Unibank-ın iri layihələri maliyyələşdirmək proqramı çərçivəsində 1 270 000 AZN vəsait əldə edib. Kredit bankın sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - "Unibank- Biznes Mərkəzi” filialında ayrılıb. Ayrılmış vəsait hesabına şirkət yeni texnologiyalı ən müasir avadanlıqlar alaraq, istehsal gücünü azı 2 dəfə artıracaq. Eyni zamanda şirkət ixracat yönümlü məhsulların istehsalının həyata keçiriməyi planlaşdırır. Unibank-la həyata keçirilən bu geniş layihə ölkəmizdə yeni iş yerlərinin yaradılmasına təkan verəcək.

Azərbaycan dondurma bazarında aparıcı yerlərdən birini tutan "S.A.B.A. şirkəti” MMC "Millennium” ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. 16 ildir istehsal fəaliyyəti göstərən şirkətin, respublikamızın bütün regionlarında nümayəndəlikləri var və regionların dondurmaya olan təlabatını ödəmək gücündədir. Dondurma istehsalında yüksək keyfiyyətli ərzaq məhsullarından istifadə edən "S.A.B.A. şirkəti” MMC, istifadə olunan xammal məhsullarının və istehsal olunan dondurmanın keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması üçün yüksək texnologiyalarla təchiz olunan, Avropa standartlarının tələblərinə cavab verən laboratoriyaya malikdir.

Unibank ölkəmizdə özəl sektorun inkişafına dəstəyini davam etdirir. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül” "Yasamal” filialları və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından olan Unibank, yaxın vaxtlarda nizamnamə kapitalını 80%-dək artıracaq və bununla da böyük layihələrin reallaşdırılmasını daha da sürətləndirəcək. Maliyyə Bazarlarına Nəzarət Palatası artıq "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20,220,589 ədəd adi sənədsiz səhmlərini dövlət qeydiyyatına alıb. Yerləşdirmə nəticəsində Unibank-ın nizamnamə kapitalı 125 milyon 565 min 234.08 manat olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , twitter.com/unibank) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol