• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda gediş haqqı qalxacaq?

Bakı metrosunda gediş haqqı qalxacaq?
11.10.2016 16:27
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Trend-ə müsahibə verib.

ANN.Az sözügedən müsahibəni təqdim edir:

- Ümumiyyətlə, maliyyə hesabatlarının ictimaiyyətdən gizli saxlanılması, statistik rəqəmlərin açıqlanmaması nə ilə bağlıdır?

- "Bakı Metropoliteni" QSC qanunvericiliyin tələbinə uyğun olaraq, rəsmi statistikaları daim müvafiq dövlət qurumlarına vaxtında təqdim edir və illik maliyyə hesabatlarını ictimaiyyətə açıqlayır. Maliyyə hesabatı ilə hətta rəsmi veb səhifəmizdən də (//metro.gov.az/az/about/metropoliten/fin) tanış ola bilərsiniz. Bütün bunlar müstəqil audit şirkəti tərəfindən tərtib edilib.

- Cari ilin ilk 6 ayında metropolitendə sərnişindaşımaya ötən illə müqayisədə 40 milyon manat artıq xərc çəkildiyi bildirilir. Qeyd olunur ki, bu da ötən ildəkinə nisbətən 1,7 dəfə artım deməkdir. Bu həqiqətdirmi və səbəbi nədir?

- Rəsmi olaraq bəyan edirik ki, Dövlət Statistika Komitəsinə təqdim edilmiş rəsmi məlumatlara əsasən, Bakı Metropolitenində 2015-ci ilin I yarısında sərnişindaşıma üzrə xərclər 50359,8 min manat, 2016-cı ilin müvafiq dövrü üçün isə 55618,1 min manat təşkil edib. Göründüyü kimi, qeyd olunan dövr üzrə xərclər 40 milyon manat deyil, 5,3 milyon manat artıb ki, bu da, əsasən, 2015-ci ilin sonunda "Elmlər Akademiyası" stansiyasının II çıxışının istismara verilməsi, metropolitenin mövcud stansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, əsas fondların dəyərinin artması ilə bağlı amortizasiya xərclərinin çoxalmasından ibarətdir.

- Həmçinin "Bakı Metropoliteni" QSC-nin yanvar-iyun aylarında sərnişindaşımadan əldə etdiyi gəlirin 28 milyon 920,6 min manat - ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz çox olduğu bildirilir. Bildiyimiz qədərilə, ötən ilin müvafiq dövrü ilə müqayisədə metrodan istifadə edən sərnişinlərin sayı azalıb. Bunu necə izah edərdiniz?

- Məlumat üçün bildiririk ki, sərnişindaşıma üzrə 2015-ci ilin 6 ayı ərzində 112,2 milyon, o cümlədən gediş haqqını ödəyən 108,2 milyon və 2016-cı ilin müvafiq dövrü ərzində 109,3 milyon, o cümlədən gediş haqqını ödəyən 106,2 milyon sərnişin daşınıb. Sərnişindaşımadan gəlirlər 2015-ci ilin 6 ayı ərzində 21637,1 min manat, 2016-cı ilin müvafiq dövründə 21245,5 min manat təşkil edib. Göründüyü kimi, 2016-cı ilin 6 ayı ərzində keçən illə müqayisədə 2,0 milyon az sərnişin daşınıb və buna uyğun olaraq gəlirlər də 391,6 min manat və ya 1,8% az olub. Yəni qeyd olunan o rəqəmlər həqiqəti əks etdirmir.

- Açıqladığınız rəqəmlərə görə, bir sərnişinin daşınma xərcinin heç də yazıldığı kimi 82 qəpik olmadığı anlaşılır. Əgər belədirsə, real rəqəm neçədir və qiymət artımı ola bilərmi?

- Yuxarıda açıqlanan rəsmi rəqəmlərə əsasən, sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik təşkil edirdi (amortizasiya nəzərə alınmadan 32 qəpik). 2016-cı ilin 6 ayı ərzində isə sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik təşkil edin. Xatırladaq ki, Hesablama Palatası da ötən ay açıqladığı hesabatında 2015-ci il üçün Bakı Metropolitenində bir sərnişinin daşınma xərcini 54 qəpik olaraq göstərmişdi. Ancaq cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artması metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracaq. Bu da, öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Ancaq tarifi müəyyən etmək "Bakı Metropoliteni" QSC-nin səlahiyyətində olan məsələ deyil. Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol