• $
  • €
  • ₽
  • ₺
  • £

Özəlləşdirilmə niyə bütün dövlət müəssisələrinə şamil edilmir?

Özəlləşdirilmə niyə bütün dövlət müəssisələrinə şamil edilmir?
24.10.2016 15:41

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) noyabrın 22-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərrac keçirəcək. Komitənin verdiyi məlumata görə, 78 dövlət əmlakı hərraca çıxarılıb.


Auksiona çıxarılan müəssisələrə"Ağdaş Quşçuluq”, "Şamaxı Dəmir Beton”, "Qarabağ Pambıq”, "Zaqatala Fındıq”, "İsmayıllı Sənaye İstehsal”, "Material Təchizat”, "Saatlı Broyler”, "Bərdə Tikinti Quraşdırma” və digərləri daxildir.


Hərraca daha iri dövlət qurumlarının deyil, adətən, kiçik müəssisələrinin çıxarılmasını və auksionun hansı qaydalar əsasında keçirilməsini ANN.Az-a iqtisadçı-ekspert Natiq Cəfərli şərh edib.


 


İqtisadçının sözlərinə görə, görünən odur ki, hərraclarda xarici investitotları cəlb edəcək heç bir müəssisə özəlləşdirilməyə çıxarılmır: 

"Kiçik müəssisələri xarici investitorlar nə etsin? Daha bir məqam isə defakto sahibi olan həmin müəssisələr də dövlətin balansında olsa da, onları işlədən qruplar var idi. Keçirilən hərrac vasitəsilə defakto mülk sahiblərinin müəssisələrinin bir növ rəsmiləşdirilməsi prosesi həyata keçirilir”.

"Bizdə keçirilən hərrac qaydaları heç bir beynəlxalq praktikaya əsaslanmır. Ciddi şəkildə televiziya kanallarında işıqlandırılmır. Aydınlaşdırılmır ki, hərrac hansı qaydalar əsasında keçirilir. Bu proseslər baş vermirsə, biz hansı düzgün şəkildə keçirilən hərracdan danışırıq?”, - deyə ekspert əlavə edib.
 
Daha iri dövlət müəssisələrinin özəlləşdirilməsindən söz açan ekspert, burada maraqların toqquşduğunu vurğuladı: 

"Ciddi xarici investitorlar ölkədə iri şirkətlərin özəlləşdirilməsində maraqlı ola bilərlər. "AZAL”, "Azərsu” ASC kimi qurumların bir hissəsinin özəlləşdirilməsi nümunə kimi göstərmək olar. Xarici investitorlar şəffaf qaydalar istəyir və yeni qaydaların tətbiqini tələb edir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü, oranın hüququnu qəbul etməsi, gələcəkdə yarancaq problemlərin beynəlxalq məhkəmələrdə həll olunması perspektivi və.s bütün bu məsələlər xarici investitorlar üçün çox vacib məsələlərdir. Ona görə də, Azərbaycan onları cəlb etmək və yaxud da iri şirkətləri özəlləşdirmək istəsə, ciddi struktur və idarəetmə dəyişikliyi etmək lazım olacaq. Hazırda isə bu istiqamətdə addımlar atılmır”.  

Qulu Xəlilov - Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi

Məsələyə münasibət bildirən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat katibi Qulu Xəlilov müəssisələrin özəlləşdirilməsinin dövlət proqramı əsasında həyata keçirildiyini bildirdi: 

"Hərraca çıxarılan müəssisələrin ancaq kiçik qurumlar olduğunu deməzdim. Elə müəssisələr var ki, onları Komitə hərraca çıxarır. Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq, elə müəssisələr var ki, onlar nazirlər kabineti tərəfindən hərraca çıxarıla bilər”.  
Komitə rəsmisi daha iri dövlət müəssisələrinin özəlləşdirilməsi sualına cavab verməkdən imtina etdi.  

Qeyd edək ki, prezident İlham Əliyevin dövlət aktivlərinin özəlləşdirilməsi ilə bağlı fərmanından sonra Rusiya mətbuatına açıqlamasında SOCAR-ın özəllədirilməyəcəyini demişdi: 

"SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən də, onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol