• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit borcu olanlara güzəşt edilə bilər

Kredit borcu olanlara güzəşt edilə bilər
25.10.2016 13:59
Ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dollar kreditləri ilə bağlı məsələ geniş müzakirə olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı iclasda çıxışı zamanı bildirib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir: 

Palata sədri vurğulayıb ki, müvafiq hesabat artıq Prezident Administrasiyasına təqdim edilib. Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq.

Problemli kreditlərlə bağlı hansı qərar qəbul ediləcək?

Milli.Az bildirir ki, iqtisadçı-ekspert Samir Əliyev azvision.az-a deyib ki, dollar kreditləri ilə bağlı güzəştin edilməsi tək kredit götürənlər üçün deyil, həm də bank sektoru üçün faydalı olar.

İqtisadçı qeyd edib ki, bu gün bank sektorunda olan problemin əsas səbəbi məhz bu dollar kreditləridir: "Büdcədə bir neçə il öncə ilə müqayisədə çətinlik var. Düşünürəm ki, hökumətin büdcə siyasəti bundan sonra da qənaət sistemində olacaq. Dollar kreditləri ilə bağlı hökumətin hər hansı bir güzəştə gedəcəyinə tam əmin deyiləm. Amma bu məsələdə güzəşt edilməsi olduqca vacibdir. Belə ki, bank xarici banklardan kerdit götürür və həmin pulu kredit formasında vətəndaşlara verir. İndi verdiyi pulu geri ala bilmirsə, həm əmanətçiləri qarşısında, həm də xarici banklar qarşısında öhdəliyini yerinə yetirə bilmir. Bu baxımdan dollar kreditləri ilə bağlı hökumətin dəstəyi tək kimlərinsə zərərin azaltmaq deyil. Bu məsələdə dəstək ölkənin bank sektorunu xilas etməkdən gedir. Bank sektoru iqtisadiyyatın qan-damar sistemidir. Bu sistem yaxşı işləmədikcə problem ortaya çıxır. Bank sektoru xilas olunmasa, ölkə iqtisadiyyatına xeyli çətinliklər yaradacaq. Hökumət bu məsələdə banklara dəstək verməlidir".

Ekspert devalvasiyadan sonra ölkəmizdə 13 bankın bağlandığına diqqət çəkib: "Hazırda Azərbaycanda 32 bank fəaliyyət göstərir. Bu banklarda da problemlər var. Bir neçə bank var ki, onların vəziyyəti daha ağırdır. Bankların bağlanması hökumətə sərf etmir. Çünki bank bağlanırsa, hökumət əmanətçinin vəsaitini qaytarmalıdır. Bu da büdcədən gedir. Həmçinin bankın bağlanması bu sektora olan inama zərbə vurur. Düşünürəm ki, hazırda hökumət bankların xilas edilməsi barədə düşünür".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol