• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta ev elanı reklamlarına aldanmayın!

Saxta ev elanı reklamlarına aldanmayın!
25.10.2016 22:47
Artıq tikinti şirkətləri də yalançı endirim kampaniyasına başlayıb. Belə ki, öncə qiyməti 70 faiz qaldırıb, sonra 50 faiz endirim kampaniyası adı ilə mənzilləri satmağa çalışırlar. Bu da nəticədə mənzillərin bir kvadratmetrinin qiymətinin son həftələr 200-300 manat bahalaşmasına səbəb olub.

Paytaxtdakı bəzi tikinti şirkətləri son vaxtlar yeni inşa edilən binalardan satdıqları mənzillərin qiymətlərini bahalaşdırıblar. Bahalaşma bir kvadratmetrdə 200-300 manata qədərdir. Maraqlısı budur ki, bu bahalaşma müştərilərin alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir vaxtda baş verir.

Əmlak eksperti Ramil Osmanlı bildirir ki, tikinti şirkətləri qiymətləri öncə 70 faiz yüksəldir, daha sonra isə 50 faizlik endirim kampaniyası elan edərək müştəriyə daha baha satırlar. Müştərilər isə yalançı kampaniyalara aldanıb daha ucuz qiymətə mənzil sahibi ola biləcəklərini düşünürlər.

Ekspertin fikrincə, tikinti şirkətlərinin bu yalançı reklam kampaniyalarına nəzarət edilmədiyindən onlar həm istehlakçıları aldadırlar, həm də öz qazanclarını təhlükə altına atırlar. Ramil Osmanlının sözlərinə görə, bu, tikinti şirkətlərində marketinq siyasətinin həddən artıq zəif təşkil olunmasından irəli gəlir.  

Mütəxəssis bildirir ki, mənzillərin qiymətinin bahalaşması sırf əsassız olaraq həyata keçirilir. Bəzi tikinti şirkətləri qiyməti artırarkən inşaat materiallarının bahalaşmasını əsas gətirirlər. Ramil Osmanlı bildirir ki, bu, qiymət artımı üçün ciddi səbəb ola bilməz.

Reallıq isə bundan ibarətdir ki, tikinti şirkətlərinin heç bir səbəb olmadan qiymətləri qaldırması həm vətəndaşların, həm də şirkətlərin zərərinədir. Elə buna görədir ki, hazırda Bakıda inşa edilən 2 mindən çox binanın mənzillərinin 30 faizi boş qalıb.
 
ANN.Az Xəzər Xəbər-ə istinadən süjeti təqdim edir:
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol