• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların məzənnəsində yeni REKORD - TÜRKİYƏDƏ

Dolların məzənnəsində yeni REKORD - TÜRKİYƏDƏ
28.10.2016 14:04
Türkiyədə ABŞ dollarının məzənnəsi 3,12 lirə həddini keçərək növbəti tarixi maksimuma yüksəlib. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsinin artıracağı ilə bağlı gözləntilərlə əlaqələndirilir. Belə ki, fyuçers kontraktlarına əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 72,5% təşkil edir. Türk lirəsinin ucuzlaşmasına digər səbəblər arasında isə daxili siyasət və geosiyasi proseslər yer alıb. 

"KapitalFX" broker şirkətinin araşdırmaçısı Ənvər Ərkan hesab edir ki, qısa müddət ərzində dollar 3,10 TRY/USD səviyyəsindən yuxarı olacaq, sonradan onun qismən azalması və ya daha artması mümkündür: "Lakin məzənnənin yenidən dayanıqlı şəkildə 3,03-3,05 TRY/USD diapazonuna enməsi mümkün olmayacaq".

"Report"un analitik qrupu türk lirəsinin devalvasiyasının kəskinləşəcəyi təqdirdə bu prosesin inkişaf etməkdə olan bölgə ölkələrinə də sıçraya biləcəyini proqnozlaşdırır. Nəticədə, Azərbaycan manatının da ucuzlaşması mümkündür: "Çünki Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir". 
Qeyd edək ki, son günlərdə əsas idxal tərəfdaşlarımızdan olan Çin də milli valyutası - yunanın ucuzlaşdırılmasını sürətləndirib. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol