• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Bu şəxslər ciddi şəkildə cəzalandırılmalıdır

Nazir: Bu şəxslər ciddi şəkildə cəzalandırılmalıdır
10.11.2016 10:15
Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə  və qarşıda duran vəzifələrə həsr edilmiş Kollegiya iclası keçirilib.

Nazirliyin Analitik İnformasiya şöbəsindən ANN.Az-a verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son illər ərzində mühüm addımlar atılıb, görülmüş tədbirlər nəticəsində büdcəyə vergi daxilolmaları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarına artıqlaması ilə əməl olunub: 

"Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində ölkədə yaranmış yeni iqtisadi şəraitdə iqtisadiyyatın neft gəlirlərindən asılılığını minimuma endirmək məqsədilə aparılan iqtisadi islahatlar çərçivəsində cari ildə vergi orqanlarının fəaliyyəti təkmilləşdirilib, nazirliyin bütün strukturlarının fəaliyyətinin son nəticəyə - büdcə daxilolmalarının artırılmasına yönəldilməsi üçün bir sıra əhəmiyyətli tədbirlər görülməkdədir
Kollegiya iclasında sərəncamdan irəli gələn məsələlərlə bağlı görüləcək işlər, eləcə də icra intizamına nəzarətin və strukturlararası koordinasiyanın səmərəliyinin artırılması ətrafında geniş müzakirələr aparılıb" - deyə nazir qeyd edib.

İclasda yekun nitqi ilə çıxış edən vergilər naziri Fazil Məmmədov vurğulayıb ki, Nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin aidiyyəti strukturları tərəfindən qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizə qənaətbəxş səviyyədə deyil, operativ nəzarət strukturları isə bir sıra hallarda kiçik sahibkarlıq subyektləri barəsində aktlar tərtib etməklə işləri bitmiş hesab edirlər. Nazir qanunsuz sahibkarlıq, iri məbləğlərdə vergilərdən yayınma halları ilə mübarizə, işində nöqsanlara yol vermiş vergi xidməti əməkdaşları barəsində vergi orqanlarında xidmətinə xitam verilməsi də daxil olmaqla ciddi cəza tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. Daxili təhlükəsizlik baş idarəsinə və Nazirliyin Aparatına icra intizamına nəzarətin və strukturlararası koordinasiyanın səmərəliyinin artırılması üçün təcili tədbirlər görülməsi tapşırılıb.

Kollegiyanın qərarı ilə vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, büdcə gəlirləri üzrə proqnoz tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi məqsədilə Vergilər Nazirliyində bəzi struktur və kadr dəyişiklikləri aparılıb, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bu məsələlərlə birbaşa məşğul olacaq müvafiq struktur bölmə - İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.    

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol