• $
  • €
  • ₽
  • ₺
  • £

"Banklar borclu müştərilərə hədə dolu SMS-lər göndərir"

"Banklar borclu müştərilərə hədə dolu SMS-lər göndərir"
11.11.2016 11:19
"Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb”.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hədə yolu ilə borcludan ödənişi tələb etmək qanunvericiliyin tələblərinə ziddir:

"Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar. Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanunvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir”.

Eskpert, hətta təklif edib ki, bu şəkildə sizdən ödəniş tələb edən bankları müştərilər məhkəməyə verə bilər:

"Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollarla təzyiq edirsə, daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz. 

Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər”.

V.Bayramov həmçinin qeyd edib ki, bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən "hədə” SMS ilə də tanış olanda bəzi bank əməkdaşlarının "iş prinsipləri” daha aydın bəlli olub.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol