• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Rusiya sərhədində TIXAC

Azərbaycan-Rusiya sərhədində TIXAC
11.11.2016 12:03
Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük- keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.
 
APA-nın şimal bürosunun məlumatına görə, ərazidə təxminən 250-dək yük maşını Rusiyaya keçmək üçün növbə gözləyir.

Sürücülərin sözlərinə görə, bu durum 2 gündür yaşanır.

Rusiyaya müxtəlif çeşidli mal aparanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı Rusiya və İrandan olan sürücülər də var. Onlar problemin Rusiya tərəfi ilə bağlı olduğunu iddia edirlər.
 
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən isə APA-ya son 2 gündə "Samur" gömrük-keçid məntəqəsində nəqliyyat vasitələrinin nisbi sıxlığının müşahidə olunmasını təsdiqləyiblər:
 
"Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir.  Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır".
 
Məlumatda deyilir ki, hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq DGK-nin rəhbərliyi Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol