"Azercell" tarifləri artıracaq?

Mobil danışıq tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil.
ANN.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azercell Telecom" MMC-nin rəhbəri Vahid Mürsəliyev deyib.
V.Mürsəliyevin sözlərinə görə, milli valyutanın gələcək mövqeyi ilə əlaqədar olaraq gələcəkdə tariflərə baxılması mümkündür: "Ötən ilin 10 ayına nisbətən gəlirlərimiz 5% azalıb. Amma bu, vergilərin ödənilməsinə təsir etməyib".
V.Mürsəliyev deyib ki, şirkət "Mobile finance" xidmətini tətbiq etmək üçün araşdırmalar aparır: "Bilirik ki, abunəçilərimiz bunu gözləyirlər. Amma hələlik araşdırmalar davam edir. Çünki bu, böyük layihədir və əgər bank xidmətləri göstəriləcəksə, müvafiq qurumlardan icazə alınmalıdır".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















