2017-ci ilin büdcə zərfi Milli Məclisə təqdim olundu

Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olub.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya bildirib ki, büdcə zərfi əvvəlcə ictimai müzakirəyə təqdim olunaraq, sonra plenar iclasa tövsiyyə olunması üçün komitələrin iclasına təqdim olunacaq.
Büdcə zərfinə "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























