• $
  • €
  • ₽
  • ₺
  • £

Ucuz maşın hərracı – 1400 MANATDAN BAŞLAYIR

Ucuz maşın hərracı – 1400 MANATDAN BAŞLAYIR
18.11.2016 10:23
Xəbər veridiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 13-də növbəti əmlak hərracı keçirəcək.

 Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı nazirliklərin mülkiyyətində olan  16 avtomobil də satışa çıxarılacaq. 

Kənd təsərrüfatında istifadə edilən maşınların ilkin satış qiyməti 1400 manatdan başlayır. Siyahıda  1600, 1800 manata satılan maşınlar da  var. Siyahıda ən bahalı maşın "Jeep Grand Cherokee”dir. 1997-ci ildə istehsal edilən avtomobilin ilkin satış qiyməti  5 573 manata satılır. Dövlət Neft Fondunun balansında olan həmin maşın  25% endirimlə təkrar hərraca çıxarılır 

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində  beh ödəməlidirlər. 

Komitədən bildiriblər ki, Vergilər Nazirliyinin və Mərkəzi Bankın və Laçın rayon İcra Hakimiyyətinin balansında olan maşınlar 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi isə 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər ƏMDK yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol