Azərbaycan elektrobus istehsal edəcək

Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından "Eurabus” elektrik avtobuslarının yığılmasına başlanılacaq.
Bu sözləri bu gün Trend-ə "Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının sədri Xanlar Fətiyev deyib. Onun sözlərinə görə, zavodun ilkin istehsalat gücü ildə 350-400 avtobus olaraq planlaşdırılıb.
Almaniyanın "Eurabus” şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacağını deyib.
O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də bildirib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















