• $
  • €
  • ₽
  • ₺
  • £

"BP-Azerbaijan"ın 90% işçisi milli kadrlardır

"BP-Azerbaijan"ın 90% işçisi milli kadrlardır
18.11.2016 20:00

2016-cı ilin üçüncü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2865 nəfər olub. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

  

ANN.Az bu barədə "BP-Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Bildirilib ki, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. O cümlədən, şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir:

 

"BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir".

 

Kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov BP-nin hasilat üzrə vitse prezidenti təyin olunub. Bu yeni vəzifədə Elxan BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse-prezidentidir. Bundan əlavə daha iki Azərbaycan vətəndaşı bu il şirkətdə vitse-prezident vəzifəsinə yüksəlib - Orxan Quliyev, 2016-cı ilin iyun ayından başlayaraq BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezidenti, Zaur Paşayev isə sentyabr ayından başlayaraq BP-nin qurudakı (midstrim) əməliyyatları üzrə vitse prezidenti təyin olunublar.

 

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol