• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Qafqaz Boru Kəmərinə nə qədər pul xərclənib?

Cənubi Qafqaz Boru Kəmərinə nə qədər pul xərclənib?
18.11.2016 15:00
2016-cı ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 764 milyon dollar əsaslı xərclər sərf edilib.

"BP Azerbaijan” şirkətindən ANN.Az-a verilən məlumata görə, bu ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülüyü təqribən 20 milyon kubmetr qaz olub.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib. Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.  

Məlumatda həmçinin qeyd olunub ki, bu ilin üçüncü rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib -  təqribən, 196 km uzunluğunda borular artıq qaynaq edilib, 177 km boru örtüklənib və 168 km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri irəliləməkdədir.  

Üçüncü rübdə Gürcüstan ərazisində də xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi və düzülməsi işləri davam edib. Kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib - 59 kilometrə yaxın boru qaynaq edilib və örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.  

Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 80% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin  2018-ci ildə tamamlanması planlaşdırılır. 

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%). 
 
Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol