• $
  • €
  • ₽
  • ₺
  • £

BTC kəmərinə 9 ayda 128 mln. dollar xərclənib

BTC kəmərinə 9 ayda 128 mln. dollar xərclənib
18.11.2016 15:36
Bu ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə 41 milyon dollar xərclənib.

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.

Məlumata görə, 176 8km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən üçüncü rübün sonunadək, bu boru kəməri vasitəsilə ümümilikdə, 341 milyon ton (təxminən 2,55 milyard barel) xam neft nəql edilib, Ceyhanda 3354 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 2016-ci ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 25,7 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 242 tankerə yüklənib. 

Hazırda, BTC boru kəməri əsasən, Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən, Türkmənistan və Qazaxıstan nefti nəql olunur. 

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol