• $
  • €
  • ₽
  • ₺
  • £

9 ayda AÇG-də 24 mln. ton neft hasil olunub

9 ayda AÇG-də 24 mln. ton neft hasil olunub
18.11.2016 21:07
Bu ilin ilk üç rübündə AÇG layihəsinə təqribən 378 milyon dollar əməliyyat məsrəfləri və 1,12 milyard dollar əsaslı məsrəflər xərclənib. 

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.

Məlumata görə, ilin ilk üç rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Doqquz ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (53 000), Mərkəzi Azəri (149 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (74 000), Dərinsulu Günəşli (127 000) və Qərbi Çıraq (125 000) platformalarından birlikdə – gündə orta hesabla 644 000 barel və ya ümumilikdə 176 milyon bareldən artıq, yəni 24 milyon ton təşkil edib. 

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirildi.   
Plana əsasən, Dərinsulu Günəşli platformasından hasilat sentyabr ayında 11 gün ərzində dayandırıldı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırıldı.  

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda idi. Bu quyulardan 5-i BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasındadır. Bu siyahıda Şahdənizin də 3 hasilat quyusu var.

Xatırladaq ki, 2016-ci ilin ilk üç rübü ərzində AÇG-də 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb.

Orxan Aslanlı 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol