• $
  • €
  • ₽
  • ₺
  • £

"Şahdəniz" layihəsinə 3.1 mlrd dollar xərclənib

"Şahdəniz" layihəsinə 3.1 mlrd dollar xərclənib
18.11.2016 18:00
"2016-cı ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən, 334 milyon dollar əməliyyat xərcləri və təqribən, 2,77 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz - Mərhələ 2" layihəsinə aiddir".

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.

Məlumatda bildirilib ki, doqquz ay ərzində Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib. Həmin dövr ərzində yataqdan 8 milyard standart kubmetr qaz və 1,9 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir. 

Həmçinin bildirilib ki, bu ilin üçüncü rübündə "Şahdəniz - Mərhələ 1"-in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusunun alt seksiyaları qazılıb və tamamlama işlərinə başlanıb. Bu işlər hazırda davam edir.

İstiqlal qazma qurğusunun yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarına başa çatdırılıb. Bunun ardınca, qurğu SDC04 quyusunda tamamlama işlərinə başlayıb və bu işlər indi də davam edir. 

Heydər Əliyev qazma qurğusu SDG03 quyusunu qazdıqdan sonra SDG02 quyusunun lay seksiyasında qazma işləri aparır.  

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-nin başlanması  və hasilatın ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində on hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Qeyd edək ki, Şahdənizdə iştirak payları belədir:
 
BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%). 

Orxan Aslanlı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol