• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda süni yumurta satılır?

Azərbaycanda süni yumurta satılır?
23.11.2016 13:24
Azərbaycana süni yumurtaların gətirilməsi ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. Süni yumurtaların insan səhhəti üçün təhlükəli olduğu bildirilir. Çində istehsal edilən yumurtalar Azərbaycana niyə gətirilir? Yerli təsərrüfatlar yumurtaya olan təlabatı ödəyə bilmir?

Oxu.Az bu suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət edib.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, xaricdən Azərbaycana yumurta gətirilmir və ölkə daxilində əhalinin yumurtaya olan təlabatı tam ödənilir: "Bu məlumat yalan və şayiədir. Keçən il də belə yalan xəbərlər yayılmışdı.

Əgər doğurdan da Azərbaycanda süni yumurta varsa, üzə çıxartsınlar. Ölkəyə yumurta idxal olunursa, dövlət orqanlarında yoxlamalardan keçir və bu haqda məlumat olur. Amma belə bir şey yoxdur. Azərbaycan özünün yumurta təlabatını ödəyir. Hələ xaricə də yumurta ixrac etmək durumundayıq”. 

Həkim Adil Qeybulla süni yumurtanın süni züllalardan hazırlandığını qeyd edərək onun insan orqanizmi üçün təhlükəli olduğunu deyib:

"Süni yumurtanın ölkəyə idxalına yol vermək olmaz. Daxili bazar hesabına əhalinin təlabatını təmin etmək mümkündür. Bu məhsulun keyfiyyət parametləri bəlli deyil. 

GMO və süni şəkildə yetişdirilən məhsullar hələ tam öyrənilməyib və müzakirələr davam edir. Müəyyən müddət lazımdır ki, real nəticələri görək. Əgər ölkədə təbii ehtiyatlar varsa, niyə süni züllalla qidalanaq? Mümkün qədər çalışmalıyıq ki, genefondu qoruyaq”. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də ölkəmizə süni yumurtaların gətirilməsi xəbərini yalanlayıb. Bildirib ki, nazirliyə belə bir məlumat daxil olmayıb və bu, həqiqəti əks etdirmir. // azvision.az
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol