• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook"da daha asan oğurlanan PAROLLAR - DİQQƏT!

"Facebook"da daha asan oğurlanan PAROLLAR - DİQQƏT!
27.11.2016 19:43
Belə ki, sözügedən sosial şəbəkənin təhlükəsizlik xidməti mütəmadi oğurlanmış parolları satın alaraq onları sosial şəbəkənin təhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə istifadə edir.
 
"Facebook”un təhlükəsizlik xidmətinin direktoru Aleks Stamosun sözlərinə görə, kibercinayətkarlarla belə mübarizə üsulu olduqca səmərəlidir.
 
"CNET” portalı yazır ki, satın alınmış parollar hazırda şirkət və adi istifadəçilərin səhifəsində istifadə edilən parollarla müqayisə edilir və uyğunluq aşkar edildikdə, səhifənin sahibi avtomatik olaraq parolunun zəif olması haqda xəbərdarlıq alır.
 
Stamosun sözlərinə görə, hakerlərdən satın alınmış parollar bazasında ən sadə kombinasiyalardan ibarət parollarla ("qwerty”, 12345 və sairə) qorunmuş yüz minlərlə hesab mövcuddur ki, bu da istifadəçilərin fərdi informasiyasının mühafizəsi məsələlərində bilik səviyyəsinin aşağı olmasından xəbər verir.
 
Aleks Stamos hakerlərlə mübarizədə başqa orijinal metodlardan istifadə edir və belə təşəbbüs onun təhlükəsizlik xidmətinin direktoru vəzifəsinə seçilməsinə səbəb olub.
 
Əvvəllər "Yahoo” korporasiyasında işləmiş Aleks ötən ildən "Facebook”da işləməyə başlayıb. Ancaq istifadəçi öz hesabını hakerlərdən qorumağa çalışmadığı halda, istənilən müdafiə metodu səmərəsizdir. Məsələn, "Facebook” sosial şəbəkəsində az sayda profil sahibləri ikimərhələli autentifikasiyanı aktivləşdiriblər. //ictnews.az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol