• $
  • €
  • ₽
  • ₺
  • £

Bu avtobusların hərəkət istiqaməti dəyişdi

Bu avtobusların hərəkət istiqaməti dəyişdi
28.11.2016 10:12
Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili  marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.
 
Bakı Nəqliyyat Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, dəyişikliyə əsasən 2 nömrəli marşrutun hərəkəti 30 noyabr tarixindən dəyişdirilərək Ziya Bünyadov prospekti 36, Daxili İşlər Nazirliyinin Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazi təyin edilib.
 
Dəyişiklikdən əvvəl isə 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi "Azadlıq” və "Ziya Bünyadov” prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olub. Bununla yanaşı məlum dəyişikliyin digər bir səbəbi isə sərnişin axının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.
 
7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30 noyabr tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov - İlqar Cümşüdov küçəsi - Cavadxan küçəsi ilə, Abbas   Mirzə Şərifzad küçəsi istiqamətində Nazim Hikmət küçəsi - Əbdürrəhimbəy  Haqverdiyevə küçəsi, əks istiqamətdə  Hüseyn Cavid prospekti - Həsən Məcidov küçəsi – Əhməd Cəmil – Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib.
 
Bu dəyişikliyin edilməsinin əsas səbəbi isə bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol