"Nar" növbəti yeniliyə imza atır - FOTO

"Artıq 50 mindən artıq müştərimiz yüksək sürətli internetdən istifadə edir”.
ANN.Az xəbər verir ki, bunu Nar Mobile şirkətinin Satış departamentinin rəhbəri Samir Məmmədov "Bakutel-2016” sərgisi çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şirkət üçün əsas olan müştəri xidmətləri və onlara göstərilən xidmətin sürətidir:
"Müştəriləmizə yalnız çağrı mərkəzləri və şöbələrimizlə deyil, eyni zamanda, sosial şəbəkələrdə də operativ xidmət göstəririk. Xidmətlərin qiymətləndirilməsini eyni zamanda, sorğular vasitəsilə aparırıq. Yüksək xal verən verən müştərilərin sayı 90%-i keçib. Bu o deməkdir ki, 90% müştərimiz müraciətlər zamanı 5 ballıq sistemlə ən yüksək bal verib.”
Samir Məmmədov həmçinin qeyd edib ki, 2017-ci ilin yanvar ayının 1-dən etibarən, şirkət növbəti yeniliyə imza atacaq. Belə ki, həm mobil rabitə (səsli xidmətlər və mesajlar), həm də multimedia xidmətlərini də eyni ödəniş müqabilində istifadəyə veriləcək.
Orxan Aslanlı
www.ann.az
Son xəbərlər 
Daha çox 























