İctimai yerdə siqarət çəkənlər 1000 manatadək cərimələnəcək

Tütün məmulatlarının satışının reklamı qadağan olunur.
ANN.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu məsələ "Tütün və tütün məmulatı haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulub. Belə ki, tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı qanunun 20.2 maddəsinə dəyişiklik edilib. Maddəyə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Bundan əlavə olaraq, ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunu pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda isə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar. Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















