• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Manatın ucuzlaşması fonunda məhsulların qiyməti sürətlə artır

Deputat: Manatın ucuzlaşması fonunda məhsulların qiyməti sürətlə artır
29.11.2016 18:00
"Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər”.
 
ANN.Az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili Əli Məsimli deyib. 

Onun sözlərinə görə, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı verdiyi sənədlərdə tam aydınlıq olmadığından əhali arasında ciddi narahatçılığa səbəb olub.

Millət vəkili bildirib ki, əgər Tarif Şurası verdiyi qərarla bağlı dəqiq mexanizm müəyyənləşdirə bilərsə, o zaman əhalinin aztəminatlı təbəqəsinə elə də ciddi təsiri olmayacaq: 

"Yox, əgər real olaraq düzgün mexanizm tətbiq edə bilməyəcəksə, bu ciddi problemlərə yol açacaq və narazılıqlara səbəb olacaq. Ona görə də hökumət bununla bağlı dəqiq mexanizm hazırlayıb həyata keçirməlidir ki, nəticədə problem ortaya çıxamasın”.

Millət vəkili onu da əlavə edib ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşmaya da təkan verəcək və böhranı bir az da dərinləşdirəcək: 

"Manatın ucuzlaşması fonunda ölkəyə idxal olunan məhsulların qiyməti sürətlə artır. Eyni zamanda Azərbaycanın real gəlirləri aşağı düşməsi özünü təkcə bu il deyil, qarşıda gələn illərdə də göstərəcək. Qiymətlər qalxacaq. Ona görə də hökumətə təklif edirəm ki, əməkhaqqı, pensiya və müavinətlər qaldırılsın. Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülsün.

Eyni zamanda yaranmış vəziyyətlə bağlı xarici ölkələrin təcrübəsindən də yararlanmalıdır. Xarici ölkələrdə qaz və elektrik enerjisinin qiymətinin tətbiqində mövsümi, gecə və gündüz faktorları istifadə olunur. Bu praktikadan bəhrələnmək olar. Belə olmayacağı təqdirdə, əhali arasında ciddi narazılıqların və kataklizmlərin olması istisna deyil”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol