• $
  • €
  • ₽
  • ₺
  • £

Özəlləşdirmədən gələn gəlirlər 2 dəfə artacaq

Özəlləşdirmədən gələn gəlirlər 2 dəfə artacaq
29.11.2016 22:58
Azərbaycanda 2017-ci ilin dövlət büdcəsində kəsirin maliyyələşdirilməsinə özəlləşdirilmədən daxilolmalar kəskin artacaq.

"Report" bu barədə 2017-ci ilin büdcə zərfinə istinadən xəbər verir.

Gələn il büdcə kəsirinin maliyyələşməsi üzrə dövlət əmlakının özəlləşdirilməsindən nəzərdə tutulmuş 200 mln. manat məbləğində daxilolmalar gözlənilir ki, bu da 2015-ci ilin müvafiq icra göstəricisindən 175,9 mln. manat və ya 8,3 dəfə, 2016-cı ilin proqnoz göstəricisindən isə 100 mln. manat və ya 2 dəfə çoxdur.

"Tapşırıqların yerinə yetirilməsi üçün ilk növbədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sərəncamında olan və özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmamış müəssisə və obyektlər, səhmlər, hissələr, torpaq sahələrinin özəlləşdirilməsi prosesini sürətləndirməklə başa çatdırılması məsləhətlidir.
Özəlləşdirmədən daxilolmalar üzrə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması ilə bağlı xərclər üçün ƏMDK-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin əksər hissəsinin dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçilərinin cəlb edilməsi ilə yanaşı özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkilinə və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılmasına yönəldilməsi daha məqsədəuyğundur", - 2017-ci il büdcə zərfi ilə bağlı Hesablama Palatası tərəfindən hazırlanmış rəydə qeyd olunub.

2016-cı il oktyabrın 1-nə özəlləşdirmə prosesində müxtəlif sahələr üzrə ƏMDK-nin sərəncamına verilmiş və hazırda özəlləşdirilməmiş 739 dövlət müəssisə və obyektlərinin balans üzrə əsas vəsaitlərinin dəyəri 34,714 mln. manat, özəlləşdirilməsinə məhdudiyyətlər qoyulmamış və tam özəlləşdirilməmiş 157 SC üzrə nizamnamə kapitalında dövlətə məxsus səhmlərin həcmi 72,452 mln. manat təşkil edib.

Özəlləşdirmədən daxilolmalar üzrə borc qalığı məbləği 2015-ci ilin əvvəlinə 2,218 mln. manat, 2016-cı ilin əvvəlinə 2,069 mln. manat, 2016-cı il oktyabrın 1-nə isə 2,519 mln. manat olub. Həmin qalıqların əksər hissəsi kiçik dövlət müəssisə və obyektlərinin, icarəyə verilmiş qeyri-yaşayış sahələrinin, yarımçıq tikililərin və daşınar dövlət əmlakının özəlləşdirilməsindən, habelə özəlləşdirilən müəssisə və obyektlərin altındakı torpaq sahələrinin satışından əldə edilib.

Qeyd edək ki, ƏMDK-nin hesabat məlumatlarına əsasən, 2016-cı ilin ilk 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 4,655 mln. manat daxil olub ki, bu da 2016-cı ilin büdcə tapşırığının 4,7%-ni təşkil edir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol