• $
  • €
  • ₽
  • ₺
  • £

Palata: Büdcə qanunvericiliyi təkmilləşdirilməlidir

Palata: Büdcə qanunvericiliyi təkmilləşdirilməlidir
29.11.2016 23:30
"Büdcə münasibətlərinin yenidən formalaşdırılması, maliyyə inzibatçılığının gücləndirilməsi, hesabatlılığın artırılması, büdcə vəsaitlərinin nəticəlilik və qənaətliliyinin yüksəldilməsi, maliyyə nəzarəti mexanizminin effektivliyinin təmin edilməsi məqsədilə büdcə qanunvericiliyinin təkmilləşdirilməsini məqsədə müvafiq hesab edirik".

"Report" bu barədə 2017-ci il büdcə zərfi üzrə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Rəydə həmçinin hazırda mövcud olan Dövlət İnvestisiya Proqramının tərtibi sisteminin yenidən nəzərdən keçirilməsi və ölkənin spesifik əhəmiyyətli sahələrinin növbəti illərin proqramlarında nəzərə alınması məshət olunur.

Rəydə dövlət büdcəsinin vəsaitləri hesabına məqsədli büdcə fondları vasitəsilə qeyri-neft sahələri üzrə subyektlərə güzəştli kreditlərin regionlar üzrə proporsional bölgüsü və regionların xüsusiyyətləri, rayonlaşdırma, iqlim şəraiti, torpaq fondu, məhsuldarlıq və s. amillər nəzərə alınmaqla verilməsi təklif edilir.

"İnvestisiya yönəldilməsi nəzərdə tutulan layihələr arasında səmərəliliyi qiymətləndirilən və ekspertizası aparılan layihələrin seçilməsinə üstünlük verilməsi, layihələrin icrası başa çatdıqdan sonra qiymətləndirmənin aparılmasını, bunun üçün müvafiq qaydaların, təlimatın, metodiki göstərişlərin hazırlanmasını və investisiya layihələri üzrə xərc-gəlir təhlilinin aparılması üzrə meyarların müəyyən edilməsi, xərc-gəlir təhlilinin aparılması qaydalarını özündə əks etdirən təlimatın hazırlanması və hər il müvafiq layihələrin xərc-gəlir təhlilinin aparılmasını məqsədəuyğun hesab edirik", - deyə rəydə qeyd olunub.

Həmçinin, sənəddə sosial xərclərin ünvanlılığı və nəticəliliyinin artırılması nəzərə alınmaqla bu xərclərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.

Tövsiyələrdən biri də vergi güzəştləri və azadolmaların monitorinqinin aparılmasının və nəticələrinin səmərəliliyinin qiymətləndirilməsinin vergi siyasətinin 2017-2020-ci illəri əhatə edən prioritetlərinə daxil edilməsini nəzərə alaraq növbəti ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan sənədlərdə vergilərdən azad olunan məbləğlər barədə də müvafiq məlumatların əks etdirilməsidir.

"Dövlət gəlirlərinin mobilizasiyasının gücləndirilməsi məqsədilə dövlət ali təhsil müəssisələrinin mənfəət vergisi ödəyicisi kimi dövlət qeydiyyatına alınmasını məqsədəmüvafiq hesab edirik", - deyə Hesablama Palatası qeyd edib.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol