• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerfon” müasir texnologiya həvəskarlarını “Nar” BakuTel stendinə dəvət edir

“Azerfon” müasir texnologiya həvəskarlarını “Nar” BakuTel stendinə dəvət edir
30.11.2016 17:40
"Nar” BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir. 

Mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini geniş ictimaiyyətin diqqətinə çatdırır.

Sərgi günlərində "Nar” stendinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan "Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı olmaq fürsəti qazanırlar. Virtual reallıq texnologiyası əsasında hazırlanmış proqram təminatı bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün mobil operator tərəfindən xüsusi olaraq təqdim edilmiş yeni "Yerlim” tarifinin tanıdılması çərçivəsində hazırlanmışdır.

Qeyd edək ki, "Nar” operatoru BakuTel-2016 sərgisi çərçivəsində ilk yerli məzmuna əsaslanan və yerli şirkət tərəfindən ərsəyə gətirilən virtual reallıq texnologiyasını təqdim edib. İstifadəçilər xüsusi avadanlıq vasitəsilə Azərbaycanın bölgələrinə virtual səyahət edə bilirlər. Görüntü üçölçülü olmaqla yanaşı, həm də 360 dərəcəlik baxış imkanı yaradır. Üstəlik, istifadəçilər sadəcə şəkil deyil, həm də interaktiv səyahətin iştirakçısına çevrilirlər. Bölgələrə virtual səyahət edən qonaqlara "Nar” tərəfindən xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılan və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən "Yerlim” tariflər toplusu barədə məlumat verilir.

Bundan əlavə, "Nar” stendinin ziyarətçiləri müxtəlif interaktiv əyləncəli oyun və yarışların iştirakçısı olurlar. Bu müsabiqələrin qalibləri müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən BakuTel-2016 sərgisində iştirak edən "Nar” sərgi müddətində müasir rabitə tələblərinin vahid ödəniş üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni "Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, "Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini təqdim edir. "Nar” müasir texnologiyalara biganə olmayan hər bir kəsi özünün BakuTel stendinə dəvət edir.





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol