• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Bayramov: "Manatın taleyini hərraca çıxarılan dollar təyin edir"

Vüqar Bayramov: "Manatın taleyini hərraca çıxarılan dollar təyin edir"
02.12.2016 12:20
"OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir. Amma mövcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi, ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır?”  

ANN.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
 
Ekspertin sözlərinə görə, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmlər səviyyəsi olduqca vacibdir: 

 
 
"Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensaiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir. Bu baxımdan, Fondun xərcləmələrinin artması birbaşa dollar təklifini artırır və ya əksinə, "az xərcləmə-az dollar” deməkdir. Bu ilin 9 ayında 4 milyard dollar satan fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda, bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla, 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir”. 

"Deməli, dövlət xərcləmələri və neft fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq. Ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görsənmir. Neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil. Digər tərəfdən, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki bu halda da fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq. Eləcə də, 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir”, - deyə V. Bayramov qeyd edib.

Ekspert bildirib ki, fond gələn il daha az dollar satacaq: 

 
 
"Ona görə də, neftin dünya bazar qiyməti manatın məzənnəsi üçün əhəmiyyətli olsa da belə hələlik mövcud qiymət valyuta bazarımıza təsir etmir və bizim qiymətləndirmələr göstərir ki, əgər neftin qiyməti kəskin artmazsa və bazara ciddi intervensiya olmazsa növbəti ildə də dollara tələbin artması fonunda manatın ucuzlaşması müşahidə ediləcək. Bütövlükdə, bu ilin ortalarında qeyd etdiyim kimi, gələn il Rusiya və Qazaxıstanda olduğu kimi Mərkəzi Bank mövcud məzənnə siyasətindən istifadə edib liberal üzən siyasətə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu halda isə, hətta neft fondunun mövcud transferləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək”.
 
Kamil ƏMİRLİ
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol